İğdırda 74 yaşlı Şəfiqə.S.-ya öncə təcavüz edib, sonra 17 yerindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilən naxçıvanlı 23 yaşlı Teymur Ramizov saxlanılıb.
10 uşaq anası 74 yaşlı qadının baxıcısı fevral ayının 1-də axşam saatlarında öz evinə gedib. Ertəsi gün, səhər saatlarında geri dönən baxıcı yaşlı qadının evin çöl qapısının açıq olduğunu görüb. İçəri girən baxıcı yaşlı qadını yerdə qanlar içində görüb, həmin an polis və təcili yardıma məlumat verib.
Hadisə yerinə gələn səhiyyə işçiləri Şəfiqə.S-in 17 bıçaq zərbəsi aldığını və dünyasını dəyişdiyini deyib. Həmçinin ekspertiza zamanı 74 yaşlı qadının təcavüzə uğradığı məlum olub. Morqa aparılan qadın daha sonra dəfn edilməsi üçün ailəsinə təhvil verilib. 1995-ci il təvvəllüdlü Teymur Ramizov məhkəmədən sonra həbs edilib.