ARB TV-nin "Rezonans" verilişində Sahib Dadaşovun həbsxana hekayələrini təqdim edirik.
Sahib Dadaşov (cəzası 9 il): "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq. İçkili idik. Qarşıdan 3 nəfər gəlirdi, 2-si ayrıldı biri bizə tərəf gəlirdi. Dostlarımla yaxınlaşdıq, dedim ki, telefonu mənə ver sabah qaytaracam. O da qorxusundan verdi. Səhər ayılanda görürəm ki, telefon mənim deyil.
Telefonu cibimə qoyub həmin parka getdim. Elə orada polis gəlib məni tutdu. İçkili halda nə etdiyimi bilməmişəm. Hakim 9 il cəza verəndə zarafat olduğunu düşündüm. O vaxtdan vicdan əzabı çəkirəm. Həmin oğlan məni bağışladı. "De gəlsin" verilişinə qatılmışdım. Ağasəlim Çıldaq, Baba Pünhan dedilər ki, get, gələn il götürəcəyik səni. Yaşım az idi deyə götürmədilər".