Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 Gömrük Akademiyasının tələbələri iki aydır təqaüdlərini ala bilmirlər  |     14:24 Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı  |     14:01 Azərbaycanda alim qəfil ürək çatışmazlığından VƏFAT EDİB  |     13:57 BDYPİ-dən piyadalara ciddi XƏBƏRDARLIQ  |     13:45 ABŞ-dəki aviaqəzanın videosunu sızdıran iki nəfər saxlanıldı  |     13:34 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:11 İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb  |     13:11 2025-ci il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb  |     13:05 Hovuzda boğulduğu deyilən yeniyetmənin qardaşı: "Ev yiyəsi kameranı qırıb" - FOTO  |     13:03 Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü  |     13:00 Bakının bəzi rayonlarında su olmayacaq  |     12:58 Polis saxta araq hazırlayan dəstəni ifşa etdi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:57 USAID-ə yeni direktor təyin edildi  |     12:51 İmişlidə qadının qaçırılma səbəbi MƏLUM OLDU (YENİLƏNİB)  |     12:48 İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb  |     12:48 Nazirlik: "Azərbaycanda qrip və digər respirator viruslara yoluxma halları müşahidə olunur"  |     12:47 Egeydən sonra Aralıq dənizində də zəlzələ baş verib  |     12:46 Bakıda baş verən ağır qəzanın GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri vəzifəsindən azad edildi  |     12:41 Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT (VİDEO)  |    

Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT (VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən xüsusi əməliyyat nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 13 kiloqramdan artıq narkotik vasitə və 4400 ədəd narkotik tərkibli həbin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis və sərhədçilərin Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat nəticəsində İran vətəndaşları 32 yaşlı Qaffar Qızıl və 34 yaşlı Behzat Qaranejat Xəzər dənizi sahilində saxlanılıblar. Sonuncuların idarə etdikləri xüsusi "Yamaha" markalı mühərriklə təchiz olunmuş qayıqdan tərkibinə psixotrop maddələr əlavə edilmiş 11 kq 680 qram marixuana, 1 kq 510 qram heroin və 4400 ədəd metadon həbi aşkar olunub.

Saxlanılanlar İranın dəniz kənarındakı Gümüşan vilayətindən götürdükləri narkotikləri Xəzərin Azərbaycan-Türkmənistan sərhədindəki neytral zonasından istifadə edərək qaçaqmalçılıq yolu ilə maddi qazanc əldə etmək məqsədilə Azərbaycana gətirdiklərini qeyd ediblər.

Qaffar Qızıl və Behzat Qaranejatın balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə vaxtaşırı narkotik vasitələr gətirən əsas şəxslərdən olduqları da müəyyən edilib.

Ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələr gətirməyə cəhd edən mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            243 04.02.25 12:41