"ASAN Xidmət"də 10 mini götürüb qaçmışdı - 5 ay sonra tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

"ASAN Xidmət"də 10 mini götürüb qaçmışdı - 5 ay sonra tapıldı

"ASAN Xidmət”də vətəndaşın 10 min 300 manatını götürüb qaçmaqda şübhəli bilinən şəxs 5 ay sonra tapılıb.


"Qafqazinfo”nun məlumatına görə, aylardır gizlənən Dəniz Mustafayev polis əməkdaşları tərəfindən tutulub.

Bu iş üzrə zərərçəkən Natiq Mustafayevdir. O, ötən ilin avqustunda saytımıza müraciət edərək pulunun qəribə yolla əlindən çıxdığı haqda şikayət etmişdi. Belə ki, Dənizlə Natiqin əvvəllər heç bir formada münasibəti olmayıb. Natiq dostlarının təkidi ilə Dənizə cəmi bir saatlıq pul verib. Dostlar söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində geri qaytarılacaq. Belə desək, zərərçəkmiş dostlarının xahişinin və yaxşılığının qurbanı olub. 

Hadisə günü Natiq, Dəniz və dostları birgə 6 saylı "ASAN Xidmət”ə gəliblər. Pulları götürüb guya hesaba mədaxil etmək üçün aşağı mərtəbəyə düşən Dəniz oradan qaçıb.

Natiqi Mustafayevin başına gələnlər barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə müraciət edib. Dərhal polis hərəkətə keçib, şikayət edilən şəxs axtarışa verilib.

Bir neçə gün əvvəl Dəniz tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Xətai Rayon Məhkıməsinin qərarı ilə Dəniz Mustafayev barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, ziyanı ödəyib barışıq əldə etməyəcəyi halda 5 ilə kimi həbsə məhkum edilə bilər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 28.01.25 11:37