Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |    

Keçmiş arvadına azyaşlı uşağının gözləri qarşısında işgəncə verən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində keçmiş arvadına işgəncə verməkdə təqsirləndirilən Tural Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Səfərov 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Tural Səfərov 25 noyabr 2023-cü il tarixdə, saat 11:20-də ailədaxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə həyat yoldaşı, zərərçəkmiş Maya Məmmədovanın (şərti) üzərinə hücum edib qolundan dişləyib əli ilə saçından tutub dartmaqla yerə yıxıb. Sonra o, yumruq və təpik zərbələri ilə qadının sifət baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib.

Təqsirləndirilən şəxs hadisədən bir müddət sonra zorakı hərəkətlərini davam etdirərək həyat yoldaşını yaşadıqları mənzildə döyərək ona güclü fiziki ağrı və psixi iztirablar verib.

Maya 10 yanvar 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsində Turaldan boşanıb və azyaşlı qızı onun himayəsində saxlanılıb.

14 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış komplekslərinin birində Tural Səfərovla keçmiş arvadı Maya arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Tural dabankeşlə zərərçəkmiş şəxsin sol baldır və digər nahiyələrindən qəsdən çoxsaylı zərbə vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Bundan başqa, təqsirləndirilən şəxs 1 mart 2024-cü il tarixdə, saat 20 radələrində qadının yaşadığı mənzilin qarşısında zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilin sağ qabaq oturacağına əyləşib. O, avtomobilin salonunda qısqanclıq zəminində yaratdığı növbəti mübahisə zamanı maşının arxa oturacağında əyləşmiş azyaşlı qızlarının gözləri qarşısında Mayanın əvvəlcə ağzından, sonra isə boyun nahiyəsindən qəsdən tutub bərk sıxaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurub.

Hadisədən sonra Maya Məmmədova keçmiş ərindən şikayətçi olub və Tural saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 06.11.24 11:48