Mojo.az Banner
22:56 40 özəl təhsil müəssisəsi lisenziyalaşdırılıb  |     22:48 2026-cı At ili bu bürcləri sınağa çəkəcək  |     22:44 İsveçrənin bəzi dövlət məktəblərində hicab qadağan oluna bilər  |     22:30 Suriyanın yeni əskinaslarının dizaynı təqdim edildi  |     22:22 "Karaca" mağazası ilə bağlı QALMAQAL: "Dedilər ki, get, nə istəyirsənsə et"  |     22:15 Qaz limitini keçən abonentlərin sayı açıqlandı  |     22:07 Türkiyədə sosial media fenomeni Şeyma Subaşı saxlanıldı  |     22:00 Sürücülərin NƏZƏRİNƏ: Yol polisindən bayram günləri ilə bağlı ÇAĞIRIŞ  |     21:52 Arzu Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilən bayram şənliyindən paylaşım edib  |     21:37 Başqasının evində yaşayan neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb?  |     21:30 Qərar verməkdə çətinlik çəkən insanlar ən çox bu rənglərə üstünlük verirlər  |     21:25 Bakıda ağaclıq sahədə baş verən yanğının söndürüldü - VİDEO  |     21:22 Tanınmış həkim VƏFAT ETDİ  |     21:15 Yağışlı havalarda bu ağaclardan qaçın: İldırımı ən tez çəkirlər  |     21:07 Səudiyyə Ərəbistanı edamların sayına görə ardıcıl iki ildir öz rekordunu yeniləyir  |     20:59 Qatil atadan məhkəmədə etiraf: "Uşağıma görə öldürdüm"  |     20:52 Bolqarıstan 2026-cı ildə öz pul vahidindən imtina edəcək  |     20:45 Culfada avtomobil qaz xəttinə çırpıldı: Üç minə yaxın abonent üçün təchizat dayandırıldı  |     20:38 Deputat müəllim kimi işləməyə başladı  |     20:30 Liderlərin görüşəcəyi tarix açıqlandı  |    
Left Banner
Right Banner

DİN ƏMƏLİYYAT KEÇİRİB - Narkoşəbəkənin 20 üzvü saxlanıldı - VİDEO

10.10.2024 16:40 927
DİN ƏMƏLİYYAT KEÇİRİB - Narkoşəbəkənin 20 üzvü saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib. Nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.скачать dle 11.3