Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bolqarıstan 2026-cı ildə öz pul vahidindən imtina edəcək

30.12.2025 20:52 498
Bolqarıstan 2026-cı ildə öz pul vahidindən imtina edəcək
Yanvarın 1-də Bolqarıstan ölkənin pul vahidi olan levdən imtina edəcək və avrozonaya qoşulan 21-ci ölkə olacaq.

Median.Az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verilib.

Bu, Sofiyanın inflyasiyanın səviyyəsi, büdcə kəsiri, uzunmüddətli borclanmanın dəyəri və valyuta məzənnəsinin sabitliyi ilə bağlı bütün rəsmi şərtləri yerinə yetirməsindən sonra baş verib.

Qeyd edilir ki, Bolqarıstanın avroya keçməsi bu valyutadan istifadə edən avropalıların sayını 350 milyondan çox artıracaq.

Lakin bolqarlar arasında levdən imtina ilə bağlı yekdil fikir yoxdur. Biznes sahəsi ümumilikdə qarşıdan gələn dəyişiklikləri dəstəkləyir. Eyni zamanda, əhalinin bir hissəsi hesab edir ki, Avropa İttifaqı tənəzzülə və parçalanmaya doğru gedir, deməli, avroya keçid faydadan daha çox problem gətirəcək.

Bəzi siyasi analitiklər bildiriblər ki, avronun təşviqi kampaniyası zəif olub və yaşlı insanlar, xüsusən də ucqar ərazilərdə yaşayanlar buna uyğunlaşmaqda çətinlik çəkəcəklər. Bundan əlavə, keçid sabit və işləyən hökumətin olmaması səbəbindən çətinləşə bilər.

Qeyd edək ki, bu ilin fevral ayının sonunda Bolqarıstanda levin saxlanılması ilə bağlı referendum üçün imzalar toplanıb. Bunun təşəbbüskarı kimi Bolqarıstanın "Dirçəliş" müxalifət partiyası çıxış edib. Partiya nümayəndələri bildiriblər ki, bolqarların təxminən 80 faizi levi saxlamaq istəyir, çünki avronun tətbiqindən adi vətəndaşlar deyil, yalnız elita fayda görəcək.скачать dle 11.3
Mojo.az Banner