Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Karaca" mağazası ilə bağlı QALMAQAL: "Dedilər ki, get, nə istəyirsənsə et"

30.12.2025 22:22 483
Baku TV-nin qaynar xəttinə "Karaca" mağazası ilə bağlı şikayət daxil olub.

Şikayətçi Ləman Abbaslı bildirir ki, "Karaca" mağazasından 3 min manatlıq alış-veriş edib və bu zaman ona hədiyyə vəd olunub:

"Dedilər ki, çox alış etdiyimə görə 6-7 ədəd ütü hədiyyə verəcəklər. Kredit şöbəsinə yaxınlaşdım, dedilər ki, hədiyyələri indi verməyəcəyik, 18 ay tamam olanda gəlib götürəcəksiniz".

Onun iddiasına görə, kredit müddəti başa çatdıqdan sonra da hədiyyələr təqdim edilməyib:

"18 ayım tamam olanda çeki göndərdim və dedim ki, hədiyyələrimi təqdim etməlisiniz. Cavab verdilər ki, hədiyyələr verilməyəcək".

Bundan əlavə, vətəndaş ƏDV qəbzinin təqdim olunmadığını da vurğulayıb:

"3000 manat ödəniş etmişəm, amma ƏDV təqdim olunmayıb. Dedilər ki, get, nə istəyirsənsə et",

Məsələ ilə bağlı "Karaca" mağazasının meneceri Cahangir Rəsulzadə açıqlama verib. O, iddiaları belə şərh edib:

"Ödənişlərdə gecikmələr olduğu üçün hədiyyələr təqdim olunmayıb. Müqavilədə də göstərilib ki, gecikmə olarsa, hədiyyələr verilməyəcək".

Baku TV-nin çəkilişindən sonra hər iki tərəf yenidən əlaqə saxlayaraq bildirib ki, danışıqlardan sonra məsələ qarşılıqlı razılaşma əsasında həll olunub.

Xatırladaq ki, istehlakçı ilə şirkət arasında bağlanan müqavilə hüquqi sənəd sayılır və orada göstərilən bütün şərtlər icra olunmalıdır. Belə hallarla qarşılaşan vətəndaşlar isə müvafiq dövlət qurumlarına müraciət edə bilərlər.
скачать dle 11.3
Mojo.az Banner