Mojo.az Banner
14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

“Respublikanski”də ölü uşaq soyğunçuluğu: Atadan 200 manat aldılar

26.06.2021 21:36 1 239
“Respublikanski”də ölü uşaq soyğunçuluğu: Atadan 200 manat aldılar
Bakı şəhər sakini Səbuhi Camalov Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayətçidir.

Xəstəxanada S.Camalovun həyat yoldaşının hamiləliyinin sonlandırılması məqsədilə süni doğuş yaratmaq üçün süni sancı yaradıcı 25 manatlıq iynəni ona 400 manata təklif ediblər. Daha sonra həkimlərlə razılığa gəlib, iynəni 200 manata alsalar da, uşaq ana bətnində tələf olub.

Vətəndaşın şikayətini ətraflı təqdim edirik:

“İyunun 20-də qızım ana bətnində dünyasını dəyişərək mələk oldu. Göndərişlə bizi “Respublikanski” xəstəxanasına (qəssabxanaya) göndərdilər. Azərbaycan səhiyyəsinin bərbad olduğunu bilirdim, amma bu qədər olduğunu bilmirdim. Yoldaşıma hər 4 saatdan bir dərman verdilər ki, süni doğuş olsun. 3 gün davam etdilər, nəticə olmadı. Yoldaşım ağrı çəkirdi. “Enzaprost” adlı iynəni almağımı dedilər. 25 manata olan dərmanı nə qədər axtarsam da tapa bilmədim. Xəstəxanada isə bildirdilər ki, o iynə tapılmır, bizdə var, amma 400 manata. Məcbur qalıb 200 manata razılaşıb o iynəni aldım. Çünki yoldaşım əziyyət çəkirdi, vəziyyəti pisləşirdi. Ayın 20-də uşaq rəhmətə getdi, 2 saat uşağı orda saxladılar. Sonra dedilər ki, uşağı yarmalıyıq. Etiraz etdim və dedilər 50 manat ver etməyək. Üzərimdə sadəcə 20 manat var idi. Onu verdim. Rəhmətə gedən uşağın cəsədindən belə pul alırlar. Hansı insaf, hansı din, hansı Allah bunu qəbul edər?

Zara adlı həkimin yanına getdim, şikayət edəcəyimi desəm də, “get kimə istəyirsən şikayət et”, dedi”.



//bakupost.az
скачать dle 11.3
Mojo.az Banner