Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qatil atadan məhkəmədə etiraf: "Uşağıma görə öldürdüm"

30.12.2025 20:59 540
Qatil atadan məhkəmədə etiraf:
Bakının Hövsan qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Median.Az
-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən Emil Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra E.Hüseynovun sərbəst ifadəsi dinlənilib. O, ifadəsində hadisəni oğluna görə törətdiyini bildirib:

"Rasimi 2023-cü ildən tanıyırdım, məhləmizdə yaşayırdı. Kimliyi barədə heç nə bilmirdik. Oğlum bir gün dedi ki, belə bir adam var, insanlara yaxşılıq edir. Əvvəl Rasimlə normal münasibətimiz var idi. Sonradan onda qəribə davranışlar müşahidə etməyə başladım: üz-gözü daim yara içində olurdu, qəribə döymələr etdirirdi. Daha sonra öyrəndim ki, oğurluq üstündə dəfələrlə məhkum olunub və Rasimlə bağlı söz-söhbətlər getdikcə artmağa başladı.

14 yaşlı oğlum Məhəmmədin də davranışları dəyişmişdi. Evdə tapılmır, çox gec saatlarda qayıdırdı. Bir dəfə gəlib dedi ki, artıq Rasimlə qalacaq. Təxminən bir il yarımdır ki, Məhəmmədi harada axtarsaydım, Rasimin evində tapırdım. Demək olar ki, orada yaşayırdı. O, uşağımı namaz öyrətmək adı ilə aparmışdı.

Bir dəfə Məhəmməd evə gəlib anasından pul istədi. İstədiyi məbləği verə bilmədikdə özünü döyməyə, yaralamağa başladı. Qorxudan pensiya kartımı ona verdim ki, gedib istədiyi məbləği götürsün. Sonra Rasim də gəlib pul tələb etməyə başladı. Uşaq onun təsiri ilə tamam dəyişmişdi.

İnternetdə özü yaşda uşaqların və Rasimin də iştirak etdiyi bir məclisdən video paylaşmışdı. Orada "vorovskoy" mahnılar oxuyur, qəlyan və siqaret çəkirdilər. Artıq dözümüm tükənmişdi".

Təqsirləndirilənin sözlərinə görə, bundan sonra Rasim Lariyonovla görüşərək oğlu ilə bağlı söhbət etmək istəsə də, hadisələr gözlədiyi kimi inkişaf etməyib:

"Axşamüstü Hövsandakı bağ massivində yerləşən evimin arxa tərəfində onu söhbətə çağırdım. Həmin gün bıçağım da üstümdə idi. Gördüm ki, Rasim oğlum Məhəmmədlə birlikdə gəldi. Çatan kimi lezva çıxarıb üstümə cumdu. Qorxudan cibimdəki bıçağı çıxarıb onu qarın nahiyəsindən vurdum. Qışqırıq səsinə qonşular çölə çıxdı. Həkimi özüm çağırdım. Uşağıma görə məcbur qalıb bu əməli törətmişəm".

Məhkəmə prosesinin növbəti iclası yanvarın 14-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib. 1995-ci il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emil Hüseynov şübhəli şəxs qismində saxlanılaraq barəsində ittiham irəli sürülüb.//oxu.azскачать dle 11.3
Mojo.az Banner