Mojo.az Banner
21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |     20:15 Ət bazarında yeni qaydalar: Qiymətlər bahalaşa bilər  |     20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Qardaşından boşanmış bacısına qarşı ağlasığmaz hərəkət - Azərbaycanda dəhşət

26.07.2018 13:34 14 472
Qardaşından boşanmış bacısına qarşı ağlasığmaz hərəkət - Azərbaycanda dəhşət
Goranboy rayonunda 7 il əvvəl qətl törətməkdə təqsirli bilinən Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
"publika.az”a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu ilin martın 29-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Goranboy rayonunda 2011-ci ildə baş verən ağır cinayətin üstü açılıb.

Həmin gün 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb.

Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən Aydın Hüseynov saxlanılıb.

Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.

Rəxşəndə Hüseynova həyat tərzi ilə bağlı qardaşının iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə Aydın Hüseynov onu boğaraq qətlə yetirib.

Rəxşəndə Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Aydın Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Aydın Hüseynov törətdiyi əməli etiraf edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Aydın Hüseynov bacısını yüngül həyat tərzi keçirməsi, tez-tez xarici ölkələrə özbaşına səfərlərə getməsinə iradını bildirib.

O, qeyd edib ki, bununla bağlı dəfələrlə bacısına iradını bildirib: "Sonuncu dəfə də bacımla mübahisəmiz oldu. O, xaricə getmək istəyirdi. Mən isə ona həyat tərzini dəyişməsini tələb etdim. Amma dediklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Bacımı boğdum. Onun öldüyünə əmin olandan sonra meyitini basdırdım ki, cinayətin izi itsin”.

Növbəti proses iyulun 31-də davam edəcək.скачать dle 11.3
Mojo.az Banner