Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı işdən çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var  |     22:45 Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir  |     22:38 AFFA-da yeni baş katib, klub sayı artdı, limit ləğv olundu  |     22:24 Günəşdə güclü partlayışlar baş verdi  |     22:07 Bu şəxslər üçün tibbi arayış ödənişsizdir  |     21:53 Bakıda müəllim faciəvi şəkildə həlak oldu  |     21:34 Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq  |     21:24 Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü  |     21:04 Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN  |     20:54 İtkin düşmüş balıqçının axtarışları davam etdirilir - VİDEO  |     20:42 Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı  |     20:36 Sərnişinin halı pisləşdi - Təyyarə Bakıya endi  |     20:29 Sank-Peterburqda 12 il əvvəl azərbaycanlını girov saxlayıb öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     20:23 MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     20:18 Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır  |     20:10 Belçikanın yeni hökuməti and içib  |     20:02 Qara dəniz sualtı kabelini idarə edəcək birgə müəssisə yaradılıb  |     19:57 Ötən ay azad edilən ərazilərdə 3583,8 hektar minalardan təmizlənib  |     19:50 İrəvan metrosunda insidentlə əlaqədar beş əcnəbi saxlanılıb  |     19:44 Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək  |    

Yeniyetmə qızı hotelə aparan şəxs həbs edildi: Qeydiyyatçı işdən çıxarıldı

Bakıda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan gənc həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən 25 yaşlı S.Quliyevə hökm oxunub. Məhkəmənin 6 sentyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca qandallanıb.

Araşdırmalar zamanı məlum olub ki, S.Quliyev sosial şəbəkələrdən birində Gəncə şəhər sakini olan 15 yaşlı Aytac Səlimova (şərti ad-soyadlı) ilə tanış olub. Bakı şəhərində yaşayan oğlan bir dəfə Gəncəyə gedərək orada 9-cu sinif şagirdi olan qızla görüşüb. Bir neçə gün sonra isə Aytac S.Quliyevə zəng edərək Bakıda nənəsigildə olduğunu, evdə anası tərəfindən sıxıldığını və qaçmaq istədiyini deyib.

O, Aytacın olduğu yerə gedərək onu götürüb və paytaxtın mərkəzində "Tarqovıy" adlanan əraziyə gətirib. Burada o, yetkinlik yaşına çatmamış qızla hotellərdən birinə daxil olaraq nömrə icarəyə götürüb.

Bundan sonra S.Quliyevlə Aytac dəniz kənarına gediblər və oğlan orada qızı tərk edib. Tək qalan qız daha sonra bacısı ilə əlaqə saxlayaraq yerini bildirib. Ailəsinin yanına qayıtdıqdan sonra S.Quliyevin ona qarşı etdikləri barədə danışıb və polisə şikayət ərizəsi ilə müraciət edilib.

Cinayət işi açıldıqdan sonra hoteldə araşdırma aparılıb və kamera görüntüləri əldə edilib. Yetkinlik yaşına çatmayan qızı qeydiyyatsız hotelə buraxan qeydiyyatçı R.Ə.-nin əmək müqaviləsinə xitam verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 12.09.24 18:22