21 yaşlı gəncdən külli miqdarda DƏLƏDUZLUQ: "ASAN Xidmət"də pulumu alıb qaçdı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:34 "Taliban" əfqan qadınların işlədiyi bütün QHT-lərin bağlanacağını bəyan edib  |     19:17 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayı artırılır  |     18:57 Hazırda Bakının bir sıra yollarında tıxac müşahidə olunur  |     18:47 Bu il Azərbaycanda 43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb  |     18:28 Bakı metrosu yeni il gecəsi saat 2-yə qədər işləyəcək  |     18:12 Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərib  |     17:41 Ordubadda ağır qəza: Altı nəfər xəsarət aldı  |     17:35 Bu il Azərbaycanda 110 sel, 167 dəfə dolu hadisəsi qeydə alınıb  |     17:32 İmtahan qrafiki bayramdan sonra açıqlanacaq  |     17:14 Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi - VİDEO  |     17:02 Günəşdə iki güclü partlayış baş verib  |     16:39 Dünya əhalisi 2024-cü ildə təxminən 82 milyon nəfər artıb  |     16:31 Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO  |     16:28 İlin son gününün havası açıqlandı - PROQNOZ  |     16:26 Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib  |     16:05 Ötən gün ərzində pirotexniki vasitələrin satışı ilə məşğul olan 11 nəfər saxlanılıb  |     15:42 Sumqayıtda dəniz kənarından körpə meyiti tapıldı  |     14:29 Bakıda avtomobilin vurduğu şəxs xəstəxanada öldü  |     14:20 İsrail aviaşirkəti mart ayına qədər Moskvaya uçuşları dayandırıb  |     13:39 Rusiya xüsusi təyyarəsi ABŞ-a niyə uçub? - Zaxarova açıqladı  |    

21 yaşlı gəncdən külli miqdarda DƏLƏDUZLUQ: "ASAN Xidmət"də pulumu alıb qaçdı"

Xətai rayonu ərazisində yerləşən 6 saylı "ASAN Xidmət"də dələduzluq baş verib.

"Qafqazinfo" xəbər verir ki, vətəndaş Natiq Vidadi oğlu Mustafayev uzun müddət yoldaşlıq etdiyi şəxslərin tanış etdiyi şəxs tərəfindən aldadılıb.

Belə ki, zərərçəkmiş yaxın dostlarının təkidi ilə onlara tanış olan 2003-cü il təvəllüdlü Dəniz Müşviq oğlu Mustafayevin cəmi bir saatlıq pula ehtiyacı olduğunu deyiblər. Söz veriblər ki, həmin pul hesabda görünəndən sonra 1 saat ərzində çıxarıb ona qaytaracaqlar:

"Dəniz dedi ki, bizneslə məşğuldur. Pulu da həmin məqsədlə istəyiblər. Dedilər ki, hesaba pul qoyulmalıdır, orada vəsait görünməlidir ki, investor da yatırım etsin. Bundan sonra müqavilə imzalanacaq və məndən aldıqları pulu hesabdan çıxarıb qaytaracaqlar. Dəniz və dostumla birgə 6 saylı "ASAN Xidmət"in binasına getdik. Binanın 4-cü mərtəbəsində olarkən 10 min 300 manat pulu əlbəəl Dənizə verdim. O da dostumla vəsaiti hesaba yatırmaq adı ilə aşağı mərtəbəyə getdi. Üstündən bir neçə dəqiqə keçdi, Dəniz gəlmədi. Sonra da nə qədər zəng etdim, telefona cavab vermədi. Məlum oldu ki, pulu götürüb qaçıb. Bu günə kimi də ondan xəbər yoxdur. Anası ilə də danışmışam. Onlar da harada olduğunu bilmirlər. Pulu verdiyim anın görüntüləri də "ASAN Xidmət"in kameralarına düşüb. Hadisədən bir gün sonra Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsinə şikayət etdim. Hələ ki, bir nəticə yoxdur".

Zərərçəkmiş polisə güvəndiyini, qısa müddətdə ona qarşı dələduzluq edən şəxsin tapılıb istintaqa cəlb ediləcəyinə və ona dəymiş ziyanın geri ödəniləcəyinı inandığını qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, vətəndaşın şikayətinə baxılıb:

"Natiq Vidadi oğlu Mustafayevin avqustun 6-da etdiyi müraciətlə bağlı hazırda araşdırma aparılır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 09.08.24 12:14