Azərbaycan vətəndaşları Rahib Sahib oğlu Hüseynov və Murad Teyyub oğlu İbrahimovun Rusiyadan ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə Murad Teyyub oğlu İbrahimovun qəsdən sağlamlığa ağır zərər vurma, Rahib Sahib oğlu Hüseynovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.
Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.