Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Faktla bağlı araşdırma davam etdirilir.
* * * * *
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Belə ki, yeddinci sinif şagirdi olan 2010-cu il təvəllüdlü M.Qasımov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məktəbli daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Yaralının yaxınlarının dediyinə görə, hadisə M.Qasımov məktəbdən qayıdan zaman baş verib.
Onu tanımadığı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.