Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Ələddin İmanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.