Masazırdakı hoteldə qadını öldürən şəxsə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |     14:11 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR  |    

Masazırdakı hoteldə qadını öldürən şəxsə hökm oxundu

Masazırda yerləşən “Göyçə” hotelində 32 yaşlı Turanə Cavadovanın qətli ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə istintaqı ilə hadisənin necə baş verdiyi və səbəbi məlum olub. İstintaq materiallarında bildirilib ki, təqsirləndirilən Rəsul Niftəliyev hadisəni quldurluq niyyəti ilə törədib.

28 yaşlı Rəsul Turanəni Xırdalan dairəsi kimi tanınan ərazidə görüb. Qadının kişilərlə pul qarşılığında görüşdüyünü anlayan Rəsul onun qazandığı məbləği ələ keçirmək qərarına gəlib. Həmin gün Turanə ilə görüş haqda razılığa gələrək Masazır qəsəbəsindəki mehmanxanaya üz tutub.

Otağa daxil olduqdan bir müddət sonra Rəsul Turanədən üstündəki pulları verməsini tələb edib. Turanə buna etiraz edib, onların arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Rəsul iki əli ilə Turanəni boğaraq öldürüb. Bundan sonra onun üzərindəki 150 manatı götürərək hoteldən qaçıb.

Təqsirləndirilən şəxs ifadəsində hadisə günü narkotikin təsiri altında olduğunu, Turanəni onun yaxınlarını söydüyünə görə öldürdüyünü deyib.

Bütün şahidlər dindirildikdən, sənədlər tədqiq edildikdən sonra hökm elan edilib.

Hökmə əsasən, R.Niftəliyev quldurluq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 22.03.24 12:32