Abşeron RİH-in yanında “makleri” döyən şəxslərə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |     14:11 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR  |     14:10 Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər - FOTO  |    

Abşeron RİH-in yanında “makleri” döyən şəxslərə hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cavid Həsənov və Elsevər Məmmədlinin (soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qazanclarının 20%-i dövlət nəfinə tutulmaqla Cavid Həsənov 1 il 11 ay 22 gün və Elsevər Məmmədli isə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum ediliblər. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin.

İttihama görə, hadisə ötən il Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında qeydə alınıb.

Belə ki, Cavid Həsənov ev alqı-satqısı ilə məşğul olan, zərərçəkmiş Çingiz Səfərov vasitəsilə həyət evi alıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş həmin evi təmir edib təhvil verməyi öhdəsinə götürüb. Lakin təmir işləri vaxtında yekunlaşmadığı üçün Cavid qohumu Elsevər Məmmədli ilə birgə Çingiz Səfərovla görüşüb. Cavid təmir işlərini gecikdirdiyini bəhanə kimi gətirib zərərçəkmişlə mübahisə edib.

Cinayət materiallarında göstərilib ki, daha sonra təqsirləndirilən şəxslər qəsdən zərərçəkmiş Çingiz Səfərovun sifət və boyun nahiyələrinə ardıcıl yumruq zərbələri vurub yerə yıxaraq, ona xəsarətlər yetiriblər.

Hadisədən sonra onlar cinayət məsuliyyətinə cəlb ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            657 12.03.24 12:16