Gəncədə ƏMƏLİYYAT: Yarım milyonluq narkotik ələ keçdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 İstirahət mərkəzində əməliyyat: Həbs olunan var  |     22:48 Nazirliyə məxsus maşının aşması nəticəsində həlak olan yanğınsöndürənin FOTOSU  |     22:37 2024-cü ilin yayında ən çox satılan 10 telefon  |     22:26 Bakı trası fədakarlığı mükafatlandırır, cəsurları sevir - "McLaren"in pilotu  |     22:19 Çexiyanın şimal-şərqində daşqınlar səbəbindən ən yüksək təhlükə elan edilib  |     22:00 Şamaxıda təmir sexi və avtomobil yanıb  |     21:50 Gəncədə 22 yaşlı piyadanı avtomobil vurub  |     21:42 Zimbabvedə aclığa görə yüzlərlə fil öldürüləcək  |     21:30 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi dördüncü qələbəsini qazanıb  |     21:17 Niyə marketlərdə meyvə-tərəvəzlər həmişə girişdə olur? - HİYLƏ  |     21:10 “YouTube”da yeni dövr: Videonu dayandırdığınız zaman reklam göstərəcək  |     21:06 “Volkswagen” oktyabrın 10-da Tayron adlı yeni modelini təqdim edəcək  |     20:58 ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqlədi  |     20:50 Dollara tələbat artır - Manat ucuzlaşacaq?  |     20:45 İradə Zeynalova diplomatik karyerası ilə bağlı planlarını açıqladı  |     20:37 Keçmiş işçisi nazirliyi məhkəməyə verdi  |     20:31 ABŞ ordusu 4 İŞİD liderinin məhv edildiyini açıqladı - ADLAR  |     20:26 Kim Çen Şoyquya daha güclü əməkdaşlıq vəd etdi  |     20:20 Azərbaycanlılar ölkəyə pul göndərə bilmir (SƏBƏB)  |     20:13 Bakıda vəzifəli şəxsin gəlinlik mağazası cərimələndi  |    

Gəncədə ƏMƏLİYYAT: Yarım milyonluq narkotik ələ keçdi - FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitənin ölkə ərazisində çatdırılmasını təmin etmək istəyən Samux rayon sakini Elşən Xəlilov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki çantadan “qara bazar”da qiyməti 500 000 manata yaxın olan 14 kq 926 qram çəkidə narkotik vasitə (heroin) aşkar edilərək götürülüb.

İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, polis əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Yaşar Abbasovun əlindəki çantadan 18 kq 400 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Dindirilmə zamanı şübhəli şəxs narkotik vasitənin ona aid olmasını bir müddət əvvəl gizlətdiyi yerdən götürüb Gəncə şəhərinə gətirən zaman saxlanılmasını etiraf edib.

Bundan başqa Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 20-ə yaxın şəxs saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr və güclü təsir edici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb.

Həmin şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Gəncə şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 107 05.03.24 12:21