Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Əliməmməd oğlu Məmmədov və həyat yoldaşı Münəvvər Rza qızı Məmmədova yaşadıqları evdə qətlə yetiriliblər.
Qaynarinfo-ya daxil olan məlumata görə, üç il əvvəl təqaüdə çıxan sabiq baş həkim yaşadığı rayonda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub.
Onun yaşadığı Kərimbəyli kəndində istixana (parnik) biznesi olub.
* * * * *
Salyanda ər və arvadın - 1956-cı il təvəllüdlü İsrafil Əliməmməd oğlu Məmmədov və onun arvadı 1963-cü il təvəllüdlü Münəvvər Rza qızı Məmmədovanın yaşadıqları evdə qətlə yetirilməsi hadisəsinin oğurluq zəminində baş verdiyi bildirilir.
Oxu.az-ın məlumatına görə, ər və arvadın evlərinə oğurluğa gələn şəxs (şəxslər) tərəfindən öldürüldükləri ehtimal olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Salyanda ər və arvad qətlə yetiriliblər.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb.
Həmin kəndin sakinləri, olan əvvəllər tibb müəssisəsində baş həkim işləyən şəxs və onun həyat yoldaşı naməlum şəraitdə qətlə yetirilib.
Əlavə məlumatlar veriləcək.
Faktla bağlı Salyan Rayon Prokurorluğu araşdırma aparır.