25 manatlıq hesaba görə tanışını bıçaqlayan şəxsə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |     14:11 15 yaşlı övladını əxlaqsızlığa cəlb edən şəxsi döyən ana və qızı HƏBS OLUNDULAR  |     14:10 Azərbaycan-Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdiriliblər - FOTO  |     14:06 Azərbaycanda xanəndə vəfat etdi  |    

25 manatlıq hesaba görə tanışını bıçaqlayan şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Vüsal Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə ötən il, saat 3 radələrində İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bahar” adlı kafedə qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Vüsal Babayev həmin kafedə qardaşı, tanışları və zərərçəkmiş Fərrux Habilovla (şərti) birlikdə spirtli içkilər qəbul edib. Oradan getmək istədikləri vaxt isə əvvəldən aralarında olan razılaşmaya baxmayaraq, zərərçəkmiş şəxs 25 manatlıq hesabı ödəməyəcəyini bildirib. Buna görə də təqsirləndirilən şəxs kafedən çıxıb Fərruxu çölə çağıraraq küçədə onunla mübahisə edib. Mübahisə zamanı o, bıçaqla zərərçəkmişin qarın nahiyəsindən qəsdən bir dəfə zərbə vuraraq, ona bədən xəsarəti yetirib.

Hadisədən sonra Vüsal Babayev cinayət məsuliyyətinə cəlb edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 230 01.03.24 12:23