Baba, nənə və nəvəni öldürmək istədi, Psixiatriya Xəstəxanasına yerləşdirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:00 Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib  |     17:36 Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"  |     17:22 Bakıda küçədən kişi meyiti tapıldı  |     16:56 Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur  |     16:44 Xankəndidə ilk solo konsert keçiriləcək  |     16:29 Şirkətin pullarını "TikTok"da bahalı hədiyyələrə xərclədi - HƏBS OLUNDU  |     16:13 İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi  |     15:55 Londonun mərkəzində həyəcan siqnalı verildi - Bütün məhəllə boşaldıldı  |     15:40 Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət  |     15:29 Şadlıq saraylarında menyuların qiymətləri necədir?  |     15:22 Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar  |     15:15 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq - FOTO  |     15:11 Sabah duman olacaq  |     15:02 Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - Yeni təklif  |     14:57 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır  |     14:51 Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)  |     14:46 Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO  |     14:39 Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz - VİDEO  |     14:31 İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi - Uduzdu  |     14:26 Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - VİDEO  |    

Baba, nənə və nəvəni öldürmək istədi, Psixiatriya Xəstəxanasına yerləşdirildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Fuad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Fuad Məmmədovun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib, qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub. Eyni zamanda, hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin.

Hadisə 24 fevral 2023-cü il tarixdə, saat 1 radələrində qeydə alınıb.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, onun arvadı Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar, nəticədə qeyd olunan şəxslərə xəsarətlər yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.

İttihama görə, Fuad Məmmədov “paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olub. O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında həmin xroniki ruhi xəstəlikdən əziyyət çəkməklə dörd yaşında uşaq olduğu vaxtlarda hazırda kirvəlik münasibətində olduğu zərərçəkmiş Natiq Abbasovu və onun digər ailə üzvlərinin onu təhqir etməsini xəyalına gətirərək onlardan qisas alıb öldürmək məqsədilə həmin şəxslərin evinə daxil olub. Nəticədə Fuad xüsusi amansızlıqla onlara bıçaqla xəsarət yetirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            957 16.02.24 12:25