Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb.
“Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində 2004-cü il təvəllüdlü Namiq Bəhmən oğlu Hüseynov bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.