Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə (ŞBPİ) qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rəşad Quliyev müəyyən olunaraq saxlanılıb.
Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.