Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:29 Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)  |     21:17 Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? - Sakinlər həyəcan təbili çalır (VİDEO)  |     21:11 20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?  |     21:04 107 minə görə həbs edilən ər-arvad bəraət aldı  |     20:55 Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)  |     20:48 Bakıda 17 min manata pişik satılır (VİDEO)  |     20:40 Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq  |     20:34 Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib  |     20:29 Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb  |     20:21 Həcc vizası olmayan şəxslər cərimə ediləcək  |     20:13 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?  |     20:07 Belarus Rusiya ilə birgə taktiki nüvə silahı daşıyıcıları üzərində yoxlama aparacaq  |     19:59 Braziliya millisinin sabiq futbolçusu həbs olunub  |     19:51 Türkiyə hərbçiləri Suriyanın şimalında dörd terrorçunu öldürüb  |     19:45 Azərbaycanda dollara tələb 2 %-dən çox artıb  |     19:36 Qusar sakini dəm qazından boğularaq ölüb  |     19:30 Xırdalanda müəllimlərdən pul tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olunub  |     19:21 İsrail ordusu Rəfahın şərqində antiterror əməliyyatına başlayıb  |     19:14 Dronlarla zəif mübarizə Paris olimpiadasında terror riskini artırır  |     19:08 Vyetnamda yüzlərlə insan qidadan zəhərlənib  |    

Neftçalada ərini öldürüb həyətində basdıran qadının məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Neftçala rayonunda ərini öldürməkdə təqsirləndirilən Şahzadə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, bu il mayın 6-da rayonun Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vurub xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            756 20.09.21 13:55