Dronlarla zəif mübarizə Paris olimpiadasında terror riskini artırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:01 Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib  |     20:30 Bu rayonun hərbi komissarı saxlanıldı  |     20:13 Sumqayıtda yol qəzası olub, sürücü ölüb  |     19:52 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:44 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:43 Bakıda yaşlı kişinin başını kəsərək qətlə yetirdilər  |     19:42 Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb  |     19:33 Azərbaycanda hərbi komissar saxlanıldı  |     18:58 Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb  |     18:41 Sabirabadda yük maşını kanala düşdü  |     18:14 Deputat vəzifəsindən azad edildi  |     18:10 Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb  |     18:06 Sumqayıtda qəza - Sürücü ölüb  |     17:37 Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib  |     16:43 Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər  |     16:17 Braziliya Prezidenti COP29-da iştirak edəcək  |     16:05 Sarayda şagird məktəbin binasından yıxıldı  |     14:21 16 yaşı tamam olmamış qızla evləndi - Cinayət işi açıldı  |     14:15 Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb - FOTO  |     13:44 İsrail hərbçiləri Livanda "Hizbullah" komandirini öldürdülər  |    

Dronlarla zəif mübarizə Paris olimpiadasında terror riskini artırır

Fransanın 2024-cü il Paris Olimpiadasında istifadə ediləcək “Parade” dron aşkarlama və zərərsizləşdirmə sistemi sıx şəhər ərazilərində yalnız hər üç pilotsuz təyyarədən birini aşkar edə bilir, bu da pilotsuz təyyarələrə əsaslanan terror hücumu riskini artırır.

Bu barədə Britaniyanın “The Times” qəzeti ekspertlərə istinadən məlumat yayıb.

Onların fikrincə, “Thales” konserninin 350 milyon avroya hazırladığı “Parade" əla sistem sayılmaqdan uzaqdır. Sınaqlarının gedişi ilə tanış olan mütəxəssislərdən birinin sözlərinə görə, "Parade" dronları yalnız 800 m məsafədə aşkar edir. Eyni zamanda qeyd olunur ki, bu, Olimpiya Oyunları zamanı təhlükəsizliyi təmin etmək üçün istifadə ediləcək sistemlərdən yalnız biridir. Bundan başqa, Britaniyanın radioelektron aparatları sistemləri də işə salınacaq.

Qəzet xatırladıb ki, “Parade” artıq 2023-cü ilin payızında Fransada keçirilən reqbi üzrə dünya çempionatı zamanı təhlükəsizlik məqsədilə istifadə edilib.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            543 07.05.24 19:14