08.03.2021-ci il tarixdə 1997-ci il təvəllüdlü Tərxan Rzayevin paytaxtın Nərimanov rayonu ərazisində xəsarət alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cabir Sadıqovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Tərxan Rzayevə xuliqanlıq etməklə bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında Cabir Sadıqova Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.