Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.
Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alim Əzizov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 520 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.