Bakıda qaz sayğaclarını oğurlayıb metal qəbulu məntəqələrinə satan şəxs saxlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bir neçə nəfər polisə məlumat verib ki, mənzillərinin qaz sayğacı naməlum şəraitdə oğurlanıb. 27-ci polis bölməsinin əməkdaşları əməliyyatla sayğacları oğurlamaqda şübhəli bilinən Fariz Abıyevi saxlayıb. Saxlanılan şəxs törətdiyi əməlini etiraf edir.
27-ci polis bölməsindən verilən məlumata görə, Fariz Abıyev 20-ə yaxın mənzilin sayğaclarını oğurlayıb və dəyərindən ucuz qiymətə satıb.
Faktla bağlı bölmədə araşdırma aparılır.
Qaynarinfo mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: