Lənkəranda yaşayış evindən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb.
Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.