Biləsuvarda İran vətəndaşından külli miqdarda narkotik aşkarlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |     15:04 Mayın 5-də növbəti imtahanlar keçiriləcək  |     15:03 Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO  |     15:01 Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA  |     14:54 Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb  |     14:50 İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”  |     13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |     12:50 Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)  |     12:46 Küləkli hava nə vaxtadək davam edəcək?  |     12:44 "İphone 16"nın görüntüləri sızdırıldı - Apple-dən təəccüblü dəyişiklik  |     12:42 “Alatava” ilə bağlı QƏRAR VERİLDİ  |     12:33 Azərbaycanda qazi həmyaşıdını bıçaqladı  |     12:18 Nazirdən daha bir əmr: İdarə rəisi vəzifəsindən azad edildi - YENİLƏNİB  |     12:16 Səbaildə su xəttində qəza: Məhdudiyyət yarandı - AÇIQLAMA (YENİLƏNİB)  |     12:14 Dünya bazarında neft qiymətləri artıb  |     12:13 Bakıda 65 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb  |     12:12 Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır - VİDEO  |     12:11 Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb  |     12:11 UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür  |    

Biləsuvarda İran vətəndaşından külli miqdarda narkotik aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından səkkiz kiloqramdan artıq müxtəlif növ güclü təsiredən narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi beş kiloqram 680 qram narkotik vasitə heroin, iki kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram narkotik vasitə tiryək, 177 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 19.03.21 11:19