Samirə Əfəndinin klipi erməni rəqqası sülh çağırışına sövq etdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Samirə Əfəndinin klipi erməni rəqqası sülh çağırışına sövq etdi - VİDEO

“Eurovision Hub” “YouTube” platformasında Samirə Əfəndinin “Avroviziya-2021” mahnı yarışmasında ifa edəcəyi “Mata Hari” kompozisiyası müzakirə edilib.

Ermənistandan olan rəqqas Miko sülh çağırışı ilə müzakirələrə qatılıb.

O deyib ki, hər iki tərəf üçün çətin olsa da, dəyişiklik hər birimizdən başlayır:

“Siyasət və müharibəni unutmaq həqiqətən çətindir, çünki hər iki ölkə çətin anlarla qarşılaşır. Xaricdə yaşadığım üçün mənə daha rahat ola bilər, amma dəyişiklik bizdən başlayır! Hər birimizdən!

Ümid edək ki, yeni nəsillər daha açıq fikirli, xeyirxah olacaqlar və işləri müharibəsiz həll etmək üçün yollar tapacaqlar”.

Miko deyib ki, gələcəkdə bəzi irəliləyişləri görə biləcəyinə ümid edir. Çox təəssüf ki, hər iki ölkənin və insanlarının bir-biriləri üçün edə biləcəkləri çox şey var və əziyyət çəkənlər sadə insanlardır və heç kim buna layiq deyil.

“Gəlin hər iki ölkənin insanlarının yuxudan oyanıb həyatın qısa olduğunu və nifrətin heç bir faydası olmadığını başa düşənə qədər “Mata Hari”ni dinləyək!”

O Azərbaycanın, Türkiyənin və Ermənistanın sülh içində yaşayacağı günün gələcəyinə ümid etdiyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            735 18.03.21 13:54