Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıblar.
Şücaət Əzimov isə qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb.
Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.