Azərbaycanda əcnəbidən 25 kiloqramdan artıq narkotik vasitə aşkarlandı - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |     19:23 Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu  |     19:20 Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  |     18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |     16:31 Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?  |     16:28 Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO  |     15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |    

Azərbaycanda əcnəbidən 25 kiloqramdan artıq narkotik vasitə aşkarlandı - FOTO/VİDEO

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi axtarış zamanı ondan 10 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun ölkə ərazisinə qanunsuz yolla gətirdiyi və Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin kolların arasında gizlətdiyi çantadan ayrı-ayrı bağlamalarda ümumilikdə 22 kiloqramdan artıq heroin, 2 kq 630 qram metamfetamin, 3 100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            768 04.01.21 14:47