Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
“Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib.
Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar.
Şübhəli hələ tutulmayıb.