Bakıda quldurluq edən şəxslər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 14-də Bakı şəhər sakini Ş.Aslanovu döyüb 3500 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri E.Bayramov və E.Osmanov saxlanılıblar.