Bakının Binəqədi rayonunda polis quldurluqda şübhəli bilinən şəxsləri axtarır.
Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Mir Cəlal küçəsində üç nəfər 32 yaşlı Şəhriyar Aslanovu döyərək onun 3 min 500 manat pulunu alıblar.
Cinayətkarların şəxsiyyətləri müəyyənləşdirilib. Onlar yaxınlıqda kirayədə yaşayan Elton, Elnur və Şahin adlı şəxslərdir. Hazırda 7-ci Polis Bölməsinin əməkdaşları həmin şəxsləri axtarır.
Qeyd edək ki, son bir gündə paytaxtda iki quldurluq hadisəsi qeydə alınıb.