Gəncədə bıçaqlanan şəxslə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, dekabrın 5-də, səhər saat 10 radələrində Gəncə şəhər sakini, 24 yaşlı Sərxan Qasımovun sağ-qarın nahiyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə Şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Zərərçəkəni dindirmək mümkün olmayıb.
Hazırda cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
* * * * *
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, 1996-cı il təvəllüdlü Qasımov Sərxan Aqil oğlu qarının kəsilmiş-deşilmış bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.