Azərbaycanda dəhşətli cinayət: İntihar etdiyi bildirilən kişini bacısı öldürübmüş » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |     16:31 Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?  |     16:28 Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO  |     15:24 Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat  |     15:04 Mayın 5-də növbəti imtahanlar keçiriləcək  |     15:03 Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO  |     15:01 Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA  |     14:54 Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb  |     14:50 İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”  |     13:18 Kərim Benzema “Real Madrid”ə qayıdıb  |     13:10 Füzuli sakinlərinə ŞAD XƏBƏR  |    

Azərbaycanda dəhşətli cinayət: İntihar etdiyi bildirilən kişini bacısı öldürübmüş

Noyabrın 12-də saat 14:00 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini, 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq, öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            681 13.11.20 11:36