Salyanda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.
Şahidlərin dediyinə görə, H. Hüseynov qonşusu tərəfindən bıçaqlanıb. Bıçaqlanmanın səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.