Zaqatalada tanışını bıçaqla qətlə yetirən şəxs məhkəməyə çıxarılıb.
Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Zaqatala rayonu ərazisində Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib və maddi sübutlar götürülüb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.