Növbəti məişət zorakılığı faktı ötən gün ərzində Bakının Səbail rayonu 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən qeydə alınıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
1998-ci il təvəllüdlü S.Nəzərova polisə şikayət edərək evdəki münaqişə zamanı 1989-cu il təvəllüdlü əri T.Rəhimov tərəfindən döyüldüyünü deyib. Bundan əlavə, kişi arvadının üzünü bıçaqla kəsib.
T.Rəhimov hələ saxlanılmayıb, faktla bağlı araşdırma aparılır.
Daha əvvəl hüquq müdafiəçiləri Azərbaycanda məişət zorakılığı hallarının tez-tez baş verdiyini və bununla əlaqədar mövcud cinayət qanunvericiliyində dəyişiklik edilməsi lazım olduğunu bildiriblər.