Ötən gecə paytaxtda növbəti bıçaqlanma hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb.
Naməlum şəxs 1991-ci il təvvəlüdlü İbrahimov Nicat Adil oğluna baş və qarın nahiyələrindən bıçaq zərbələri endirib.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.