Bakıda özəl klinikalardan birində həkimin xidməti otağından edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.
Hadisə Nərimanov rayonunda yerləşən özəl klinikalardan birində olub.
Naməlum şəxs həkimin xidməti otağında olmadığı vaxtdan istifadə edərək otağa daxil olur. Bu zaman həmin qadın həkimə məxsus çantadan pul qabını oğurlayaraq xəstəxanadan uzaqlaşıb.
Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə məlumat verilib. Polis təhlükəsizlik görüntülərinə əsasən, oğurluğu törədən qadının şəxsiyyətinin müəyyənləşdirilərək tapılması istiqamətində iş aparır.
Qadını tanıyanlardan və ya görənlərdən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur.