Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.
APA-nın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək, içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A.Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.