Bakıda oyun zalında oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 26-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki oyun zallarının birindən 2400 manat dəyərində beş ədəd televizor, noutbuk və toster oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.