Bakıda bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Bakıda bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra ölüb

Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyev ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib.

Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub.

S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra yəni, mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra sonra qəfildən ölüb.

Hazırda hüquq-mühafizə orqanları və tibbi ekspertiza işçiləri tərəfindən onun ölümünün dəqiq səbəbləri araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 930 09.06.20 11:54