Beşinci mərtəbədə narkotik yetişdirən xızılı “Pedro” tutuldu - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:47 Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib  |     21:41 3 vəkilə töhmət verildi, 1 vəkilin fəaliyyəti dayandırıldı  |     21:31 Zelenski Ərdoğana təşəkkür etdi  |     21:25 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb  |     21:11 Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub  |     21:06 Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir  |     21:00 Sabah Binəqədinin bəzi küçələrində qaz olmayacaq  |     20:54 Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     20:49 Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib  |     20:44 Bakıda gözlənilən qarlı havaya görə maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib  |     20:37 İranda iki Britaniya vətəndaşına casusluq ittihamı irəli sürülüb  |     20:31 Dövlət katibi: Rusiya və ABŞ səfirliklərinin heyətini bərpa etmək barədə razılığa gəlib  |     20:26 NİİM: Zərurət olduqda bəzi yollarda sürət həddi endiriləcək  |     20:21 Bakıda Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək  |     20:15 Bakı-Balakən qatarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb  |     20:09 Litva hərbçilərini Ukraynaya göndərməyəcək  |     20:04 Sudanda yaraqlıların hücumları nəticəsində ölənlərin sayı 200-ü keçib  |     19:58 Allahşükür Paşazadə Bəhreyndə dini konfransda iştirak edəcək  |     19:51 "Barselona"nın 17 yaşlı futbolçusu 100-cü matçını keçirib  |     19:50 Qazaxıstan ilk dəfə Azərbaycan ərazisindən ABŞ-yə qeyri-xammal yükü göndərib  |    

Beşinci mərtəbədə narkotik yetişdirən xızılı “Pedro” tutuldu - FOTO

Xızıda yaşayış binasında narkotik becərən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Giləzi qəsəbə ərazisində yerləşən yaşayış binasının beşinci mərtəbəsində, yaşayış olmayan mənzildə xüsusi aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun həmin qəsəbə sakini, “Pedro” ləqəbli Turqay Ağayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı T.Ağayev törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını may ayında əkdiyini və şəxsi istifadəsi üçün yetişdirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən T.Ağayev tərəfindən dibçəklərdə əkilmiş səkkiz ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 234 04.06.20 13:17