Gəncədə tanışını bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov Zakir Müzakir oğluna bıçaqla ağır xəsarət yetirən şəxsin şəhər sakini, 1987-ci il təvəllüdlü Orxan Əliyev olduğu müəyyən edilib.
O, saxlanılaraq, istintaqa təhvil verilib.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Həsənov Zakir Müzakir oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.