Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmkəndlisinə məxsus xırdabuynuzlu heyvanları oğurlayan rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayonunun Ağayrı kənd sakini R.İmanov may ayının 24-də polisə müraciət edərək ona məxsus təsərrüfatdan ümumi dəyəri 1120 manat olan altı baş qoyunun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun zərərçəkmişin həmkəndlisi İlkin Mustafazadə olduğu müəyyən edilib. Oğurlanmış heyvanlar sahibinə qaytarılıb.